ETOPAZ bukmeker şirkətinə ümumi baxış

Azərbaycanlı mərc həvaskarlarına yaxından tanış olan ETOPAZ bukmeker şirkəti ölkə ərazisində fəaliyyət göstərən ilk yerli mərc şirkətidir və mərc sahəsində geniş paya sahibdir. Əsası 2012-ci ildə qoyulan şirkət həm onlayn, həm də müxtəlif regionlardakı 500-dən çox məntəqəsi ilə fəaliyyət göstərməkdədir.

Ən yaxşı – 1xBet

Bu məqaləmizdə mərc şirkətini daha detallı şəkildə analiz edərək, ETOPAZ qeydiyyat, bonuslar, depozit və çıxarış üsulları, idman növləri, marketlər, müştəri xidmətləri kimi mövzulara toxunacağıq.

ETOPAZ AZ mərc şirkətində qeydiyyat

Etopaz qeydiyyatı

Bukmeker şirkətində yalnız bir qeydiyyat üsulu dəstəklənir və bir sıra məlumatlarınızı daxil edərək, asanlıqla qeydiyyatdan keçə bilərsiniz. Şirkətin veb-sayt və ya mobil versiyasında ETOPAZ qeydiyyat üçün platformaya daxil olduqdan sonra sağ üst küncdə yer alan qeydiyyat düyməsini seçməlisiniz. Toplamda üç mərhələdən ibarət qeydiyyat pəncərəsi açılacaqdır. İlk səhifədə cinsiyyətiniz, ad və soyadınız, doğum tarixiniz və elektron poçt ünvanınız kimi məlumatlar tələb olunur. Bunları daxil etdikdən sonra növbəti düyməsini seçərək açılan pəncərədə tələb olunan məlumatları daxil etməyiniz istənilir.

ETOPAZ bukmeker şirkətindəki ən sonuncu qeydiyyat mərhəsində isə şifrənizi təyin etmək, əgər bonus kodunuz varsa daxil etmək, hesabınızın valyutasını seçmək və saytın şərtlərini qəbul etmək istənilir. Bütün bunları tamamladıqdan sonra qeydiyyat prosesini tamamlayıb, ETOPAZ giriş edə bilərsiniz.

Bukmeker şirkətində qeydiyyat prosesi zamanı sizdən heç bir kart məlumatlarınızı daxil etmək istənilmir. Qeydiyyatdan sonra isə şəxsiyyət vəsiqənizin elektron nüsxəsini əlavə edərək hesabınızı təsdiqləyə bilərsiniz. Bu cür təsdiqləmə prosesi mərc şirkətləri üçün çox önəmlidir və bununla onlar qarşıdakı zamanlarda yarana biləcək hər hansı bir təhlükənin qarşısını ala bilirlər.

Mərc şirkətində həmçinin bir sıra ETOPAZ bonus kompaniyaları da əlçatandır. Bu bonuslar çərçivəsində yeni üzv olan istifadəçilər ilk depozitlərində xoş gəldin bonusundan yararlana bilərlər. Bonusun məbləği ilk depozitinizin 15%-ni təşkil edir.

#1Xüsusi promosyon

  • etopaz
    4.9
    • Dövlət zəmanətli təhlükəsizlik
    • Yerli ödəniş üsullarının dəstəklənməsi
    • Aşağı depozit məbləği

Mövcud ETOPAZ bonus kampaniyaları

Etopaz bonus kampaniyaları

Bukmeker şirkəti bonuslar baxımından çox da zəngin deyil və fərqli zaman dilimlərində depozitə bağlı bir sıra bonuslar təklif olunmaqdadır. Bu ETOPAZ bonus fürsətlərindən ən çox diqqət çəkənlərdən biri başlanğıc bonusudur. Bonus çərçivəsində bazar ertəsi və cümü günü depozit edən istifadəçilər depozit etdiyi məbləğin 15%-ni şirkət tərəfindən geri ala bilərlər. Bunun üçün minimum 50 AZN depozit etmək və depozit məbləğinin 3 qatı dəyərində mərc etməyiniz lazımdır. Buna əməl etdikdən sonra əldə etdiyiniz məbləğ sizin ETOPAZ AZ bonus hesabınızda əks olunacaqdır.

Təqdim edilən məbləği real hesaba çəkmək üçün isə bonusun 1 qatı dəyərində mərc etməyiniz tələb olunur. Yaratdığınız kupon təkli və kombo ola bilər. Kuponuzunda yer alan hər bir müsabiqənin əmsalı isə minimum 1.50 olmalıdır. Nəzərə alınması gərəkən digər bir məsələ isə əldə etdiyiniz bonus məbləği ilə ilk 15 gün ərzində mərc etməyinizdir. Əks halda sizin üçün təqdim olunan ETOPAZ bonus yanacaqdır. Bu kompaniya çərçivəsində əldə edə biləcəyiniz maksimum məbləğ 1000 AZN təşkil edir.

Mərc şirkəti tərəfindən təklif olunan bonuslar yalnız depozitlə bağlıdır və bütün bu bonuslar ETOPAZ idman mərcləri üçün keçərlidir. Həmçinin onu da qeyd etmək lazımdır ki, burada fribetlər, keşbek və frispinlər kimi bonuslar təklif olunmur. Xatırladaq ki, ETOPAZ promosiyaları mütəmadi olaraq yenilənir. Buna görə də yeni promosiyalardan xəbərdar olmaq üçün müntəzəm olaraq veb-saytın “Kampaniyalar” bölməsini ziyarət etməyi unutmayın.

Hazırda bukmeker şirkəti tərəfindən loyallıq proqramı və VIP klublar istifadəçilər üçün əlçatan deyildir.

ETOPAZ depozit və çıxarış üsulları

ETOPAZ mərc şirkəti tərəfindən depozit və çıxarışlarda istifadəçilər üçün fərqli üsullar təklif edilməkdədir. Bukmeker şirkətində bank kartları, Portmanat və eManat+ kimi yerli ödəmə üsulları vasitəsilə depozitlər təklif olunur. Pul çıxarışları zamanı da yenə eyni üsullar dəstəklənməkdədir. Həmçinin ETOPAZ pul cixarmaq üçün mərc şirkətinin yerli məntəqələrindən də istifadə edə bilərsiniz.

Bukmeker şirkətində heç bir beynəlxalq elektron pulqabı dəstəklənmir. Həmçinin bank köçürmələri və kriptovalyutalar vəsitəsilə ödənişlər də əlçatan deyil.

Təklif olunan depozit üsullarının hər birinin özünəməxsus tələbləri vardır. Belə ki, əgər siz bank kartları vasitəsilə depozit etmək istəsiniz minimum depozit məbləği 5 AZN təşkil edir. Portmanat və eManat+ kimi yerli ödəmə terminalları vasitəsilə edilən depozitlər üçün isə minimum depozit məbləği 1 AZN-dir. Köçürdüyünüz vəsaitlər bir neçə dəqiqə ərzində sizin ETOPAZ hesabınızda əks olunur.

Depozit etmək üçün şirkətin platformasına giriş etdikdən sonra üst paneldə yer alan pul köçür düyməsini sıxmalısınız. Burada sizin üçün fərqli depozit üsulları təqdim olunacaqdır. Bu depozit üsullarından hər hansı birini seçib, məlumatlarınızı daxil edərək hesabınızı artıra bilərsiniz. Həmçinin Portmanat və eManat+ ödəmə terminalları vasitəsilə depozitlər də dəstəklənir. Hər hansı bir ödəmə terminalına yaxınlaşaraq üzvlük nömrənizi daxil edib hesabınızı artıra bilərsiniz.

ETOPAZ pul cixarmaq üçün isə yuxarı paneldəki pul götür bölməsinə daxil olmasınız. Təklif olunan çıxarış üsulları arasından istədiyinizi seçərək balansınızdan pul çəkə bilərsiniz. Edilən çıxarış tələbləri dəqiqələr içərisində icra olunur. Gecikmələr halında isə bu müddət 3-5 iş günü arasında dəyişə bilər.

Bukmeker şirkətinin platformasına veb-sayt versiyasından, həmçinin mobil cihazlarınız üzərindən tətbiq və mobil versiyanı istifadə edərək giriş edə bilərsiniz. Veb-sayt üzərindən giriş birbaşa olaraq mərc şirkətinin rəsmi saytı üzərindən problemsiz olaraq dəstəklənir. ETOPAZ giriş etmək üçün heç bir arxa girişə, alternativ linklərə və VPN tətbiqlərinə ehtiyac yoxdur. Bunun səbəbi şirkətin Azərbaycan ərazisində qadağan edilməməsi və rəsmi olaraq fəaliyyət göstərməsidir.

Əgər siz mərc şirkətinin xidmətlərindən hər hansı bir xarici ölkədən yararlanmaq və ETOPAZ qeydiyyat etmək istəsəniz olduğunuz ölkə dəstəklənməyəcəkdir. Bu cür problemləri aradan qaldırmaq üçün VPN tətbiqlərindən istifadə etmək və ölkənizi Azərbaycan olaraq seçməyiniz lazımdır. Bundan sonra mərc şirkətinin xidmətlərindən istifadə edə bilərsiniz.

ETOPAZ mövcud marketlər və mərc etmək

Etopaz kupon

ETOPAZ bukmeker şirkətindəki market seçimlərinin geniş çeşidə sahib olduğunu qeyd edə bilərik. Burada ənənəvi market növləri ilə yanaşı, xüsusi mərc marketləri də təklif olunur. Mərc şirkətində 1×2 tam vaxt, qol cəmi, hər iki komandanın qol vurması, 1×2 kartlar, dəqiq hesab kimi marketlər təklif olunur. Bundan əlavə qol vuranlar, bombardir, multibet, fərqli zaman dilimlərində mərclər, kart alacaq oyunçular kimi mərc növləri də əlçatandır. Həmçinin bu marketlər əsas, qollar, yarı, korner, period, oyunçular və xüsusi kimi bölmələrdə qruplaşdırılmışdır. ETOPAZ idman mərcləri üzrə geniş market seçimləri yer alsa da, kiber idman müsabiqələrində az sayda marketə rast gəlinir.

Mərc etmək və kupon yaratmaq yeni gələn istifadəçilər üçün bir qədər qəliz sayıla bilər. Bunun səbəbi yaratdığınız kuponda bir neçə fərqli mərc növlərinin təklif olunmasıdır. Mərc etmək üçün təklif olunan müsabiqələrdən istədiyinizə qərar verdikdən sonra marketlər arasında seçim etməlisiniz. Bu müsabiqələr ekranın sağ hissəsində yer alan kupunuzda əks olunmağa başlayacaqdır. Mərc etmək istədiyiniz müsabiqələrə qərar verdikdən sonra kuponuzda sizin üçün ETOPAZ tərəfindən təklif olunan mərc növləti ilə tanış ola bilərsiniz.

Təkli mərclər üçün hər bir müsabiqənin aşağısında mərc məbləğini daxil edib kuponun sonunda yer alan mərc et düyməsini sıxmalısınız. Kombo mərclər üçün təklər, 2-li sistem, 3-lü sistem, triski, yanki kimi mərc növləri təklif olunur. Bu mərc növləri arasında seçiminizi etdikdən sonra mərc məbləğinizi daxil etməlisiniz. Kuponun son hissəsində mərc əmsalı və əldə edə biləcəyiniz mümkün qazanclar avtomatik olaraq hesablanacaqdır. Bukmeker şirkətində mərclər üçün minimum 0.50 AZN tələb olunur.

Qeyd etdiyimiz kimi ETOPAZ Az bukmeker şirkəti tərəfindən geniş çeşiddə mərc növləri təklif olunmamaqdır. Lakin statiskaya əsasən bu mərc növləri arasında istifadəçilər tərəfindən ən çox sevilən təkli və ekspress mərclərdir.

Bukmeker kontorunda əmsal növlərinin əks olunmasında dəyişiklik etmək mümkün deyil. Əmsallar yalnız standard olaraq onluq şəklində təqdim olunur və bu, yerli mərcsevərlər arasında ən çox üstünlük verilən əmsal növüdür. Mərc şirkətinin digər bir təqdirəlayiq funksiyası isə keşaut funksiyasınının dəstəklənməsidir. İstədiyiniz zaman təklif olunan məbləğlə mərcinizi geri çəkə bilərsiniz.

Təklif olunan idman növləri

Bukmeker şirkəti daha çox idman mərcləri sahəsində öz fəaliyyətini davam etdirir. Mərc şirkətinin saytına daxil olduqdan sonra üst paneldən idman növləri bölməsini seçərək təklif olunan idman mərcləri ilə tanış ola bilərsiniz. ETOPAZ futbol, tennis, basketbol, hokkey, boks, beyzbol, kriket, futzal, qolf, həndbol, buz hokkeyi və digər idman sahələrində mərcləri dəstəkləyir. Bu idman növlərində dünyanın bir sıra sıra aparıcı liqalarına, çempionatlarına və eləcə də az tanınan müsabiqələrə rast gəlmək mümkündür. Mərc şirkətinin qeyd olunması gərəkən gözəl bir xüsusiyyəti isə yerli idman liqalarını dəstəkləməsidir.

ETOPAZ idman mərcləri sahəsində istifadəçilərin sevərək mərc etdiyi bölmələrdən biri də e-idman bölməsidir. İstifadəçilər arasında bu qədər rəğbət görməsinin əsas səbəbləri çox sayda müsabiqələrin təklif edilməsi və bu müsabiqələrin qısa zaman ərzində bitməsindən dolayı kuponların sürətli olaraq hesablanmasıdır. E-idman bölməsdinə League of Legends, Dota 2, Counter-Strike, King of Glory, Rainbow Six, Warcraft 3 kimi oyunlar mərclər üçün əlçatandır.

Hazırda virtual idman mərcləri ETOPAZ tərəfindən dəstəklənmir. Araşdırmamımıza əsasən azərbaycanlı mərc həvəskarları arasında ən məşhur mərc sahələri idman mərcləri və e-İdmandır. İdman mərcləri üzrə isə ən çox sevilən mərc növü futbol və basketbol mərcləridir.

ETOPAZ AZ-da canlı mərclər və canlı yayım

Etopaz bonus kampaniyaları

ETOPAZ kontorunun digər bir önə çıxan xüsusiyyəti onun canlı idman mərcləri dəstəyinin olmasıdır. Canlı idman mərcləri həm idman mərcləri, həm də e-idman müsabiqələrində təklif olunmaqdadır. Bu bölməyə giriş etmək üçün üst paneldən canlı mərc bölməsini seçməlisiniz. E-idman üzrə isə bölmənin daxilində təklif olunur. Canlı mərclər sayəsində siz idman müsabiqəsinin gedişatından asılı olaraq təklif olnunan marketlərdə istədiyiniz zaman öz mərclərinizi yerləşdirə bilərsiniz. Demək olar ki, bütün idman müsabiqələri üzrə canlı mərclər təklif olunur. Lakin bunlar arasında ən çox müsabiqə ETOPAZ futbol və basketbol idman növlərindədir.

Bukmeker şirkətinin xoş olmayanan xüsusiyyətlərindən biri ETOPAZ canlı yayım dəstəyinin olmamasıdır. İdman müsabiqələrinin gedişatı ilə yalnız hadisə görünüşü vasitəsilə tanış ola bilərsiniz. Burada hücumlar, qollar, kartların verilməsi, oyunçu dəyişikliyi, cərimə zərbələri, dəqiq və qaytarılan zərbələr kimi önəmli məqamlar əks olunur. Hadisə görünüşünü izləmək üçün isə heç bir tələb yoxdur. ETOPAZ AZ mərc şirkətində qeydiyyatdan keçməsiniz belə, bu funksiya sizin üçün əlçatan olacaqdır.

ETOPAZ mobil tətbiqləri

Bukmeker şirkətinin mobil cihazlar üçün optimizasiya edilmişdir mobil versiyası istifadəçilər üçün əlçatandır. Bu optimiziyası sayəsində ETOPAZ mobil versiyası funksional və sürətli şəkildə işləyir. Mobil versiyadan istifadə etmək üçün sadəcə smartfon və planşetlərinizdəki brauzer üzərindən şirkətin saytına daxil olmağınız yetərlidir.

ETOPAZ bukmeker şirkətinin mobil cihazlar üçün tətbiq dəstəyi də vardır. Android cihazlarda tətbiqi əldə etmək üçün ETOPAZ apk şəklində yükləməyiniz və quraşdırmağınız lazımdır. IOS cihazlarda isə tətbiqi birbaşa olaraq App Store üzərindən ETOPAZ yukle dəstəyi sayəsində əldə etmək mümkündür.

ETOPAZ-ın dizayn və funksionallığı

Dizayn və funksionallıq bukmeker şirkətlərində diqqətə alınması gərəkən əsas xüsusiyyətlərdəndir. ETOPAZ mərc şirkətində bu amilə xüsusi diqqət yetirildiyi və bölmələrin mümkün qədər sadə hazırlanmasına çalışdıldığını qeyd edə bilərik. Mərc bölmələri sadə dizayna sahibdir, bir kliklə istədiyiniz müsabiqəni seçə və mövcud marketlərlə tanış ola bilərsiniz. Hər hansı bir məlumatı tapmaq üçün sadəcə müvafiq başlığa klikləməyiniz yetərlidir.

Bununla yanaşı, ETOPAZ qeydiyyat və mərc kuponları nisbətən mürəkkəb şəkildə təşkil edilmişdir. Qeydiyyat zamanı çox sayda məlumat tələb olunur və sadə qeydiyyat üsulları dəstəklənmir. Kuponların növlərində qarşılıqlar isə yeni gələn istifadəçilər üçün bir qədər çətinlik yarada bilər.

ETOPAZ Azərbaycanda təklükəsizlik tədbirləri və lisenziya

Bukmeker şirkəti ETOPAZ Azərbaycanın ilk onlayn qanuni mərc saytı olaraq fəaliyyət göstərir. Şirkətin uzun illərdir göstərdiyi bu fəaliyyətində heç bir qanun pozuntusuna rast gəlinməmişdir. Bukmeker şirkəti Azərbaycan dövləti tərəfindən verilən lisenziyaya sahibdir və dövlət tərəfindən mərc şirkətinin fəaliyyəti izlənilir. Hər hansı bir qayda pozuntusu olarsa, bukmeker dövlət orqanları qarşısında tam məsuliyyət daşıyır.

EGBA, iTech Labs, GLI, Thawte, IBAS kimi üçüncü tərəf requlyasiyalardan istifadə barəsində mərc şirkətinin saytında heç bir məlumata rast gəlinmir. Şirkət məlumatların şifrələnməsi üçün SSL texnologiyasından istifadə edir və sizin daxil etdiyiniz məlumatlarınız şifrənilərək ödənilir. Həmçinin şirkət sizin məlumatlarınızı xüsusi hallar olmadığı təqdirdə heç bir üçüncü tərəflə paylaşa bilməz.

ETOPAZ müştəri xidməti

ETOPAZ dəstək xidmətinin fəaliyyəti yaxşı şəkildə təşkil edilmişdir. Siz mərc şirkəti ilə elektron poçt, canlı söhbət, telefon və WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. Bu əlaqə vasitəsilərindən hər hansı biri ilə edilən müraciətlərə qısa zaman ərzində cavab bildirilir.

Canlı söhbət hazırda 24/7 rejimdə fəaliyyət göstərilir və günün istənilən zamanında edilən müraciətlərə sürətli bir şəkildə cavab verilir.

Təcrübəmizə əsasən söyləyə bilərik ki, mərc şirkətinə edilən müraciətləriniz professional bir şəkildə, təcrübəli işçilər tərəfindən cavablandırılacaqdır. ETOPAZ yerli bukmeker şirkəti olduğuna görə burada üstünlünlük verilən dil azərbaycan dilidir. Bununla yanaşı, türk və rus dillərində edilən müraciətlər də dəstəklənməkdədir.

Yekun

Bukmeker şirkətində toxunulması gərəkən bütün əsas cəhətlərini incələdikdən sonra bukmeker şirkətinin üstün cəhətlərinin çox olmasını vurğulaya bilərik. Ən başlıca cəhəti şirkətin Azərbaycanda qanuni olaraq fəaliyyət göstərməsi, dövlət tərəfindən tənzimlənməsi və uduşlara verilən zəmanətdir. Bundan əlavə, minimum mərc üçün olduqca aşağı məbləğ tələb olunur və şirkətin Respublika ərazisində olan məntəqələri vasitəsilə də həm mərclərinizi edə, həm də uduşlarınızı əldə edə bilərsiniz.

Zəif və inkişaf etdirilməsi gərəkən tərəflərinə gəldikdə isə, az sayda bonusların təklif olunmasını, yalnız idman və e-İdman mərclərinin dəstəklənməsi, canlı yayımın olmaması, ETOPAZ qeydiyyat zamanı çox sayda məlumatın tələb olunmasını qeyd edə bilərik. Əgər bukmeker şirkəti nisbətən zəif sayılacaq bu tərəflərini inkişaf etdirərsə, Azərbaycan mərc bazarında daha da önəmli bir yerə sahib olacağına inanırıq.

Güclü və zəif cəhətlərə nəzər saldıqda, ETOPAZ-ın güclü tərəflərinin daha çox olduğunu və Azərbaycanlı mərcsevərlər üçün ideal mərc platformalarından biri olduğunu söyləyə bilərik.

Mərc kontorları haqqında daha çox icmal

May 13th, 2022 | Roman Mahmudov
Jump to the top