Son dövrlərdə Azərbaycanlı istifadəçilər arasında çox sevilən Pinup yerli istifadəçilər üçün həm kazino, həm də idman mərcləri imkanları təklif edir.
Pin-Up-a keçid etBu məqaləmizdə bukmeker şirkətinin kazino və idman mərcləri bölməsini ətraflı bir şəkildə incələyərək qeydiyyat, promosiyalar, bonuslar, hesaba depozit və çıxarış etmək, idman mərc marketlərində mərc yerləşdirmək, idman növləri, canlı kazino, kazino oyunları, mobil tətbiqlər, təhlükəsizlik və müştəri xidmətləri kimi mövzuları ələ alacağıq.
Sürətli naviqasiya
Pin-up bukmeker şirkəti və kazino platformasında qeydiyyatdan keçmək
Pin up az-da qeydiyyatdan keçmək üçün şirkətin vebsaytına və ya mobil versiyasına daxil olduqdan sonra sağ üst bölmədə yer alan qeydiyyat düyməsini sıxmalısınız. Burada qarşınızda iki fərqli qeydiyyat üsulu açılacaqdır. Bunlar telefon və e-mail vasitəsilə qeydiyyatdır. Telefon vasitəsilə qeydiyyatdan keçmək üçün telefon nömrənizi və hesabınızın valyutasını seçməlisiniz.
Daha sonra şirkətin qaydaları ilə razılaşaraq qeydiyyatdan keç düyməsini seçməniz lazımdır. Pin up casino Azerbaijan-da digər bir qeydiyyat üsulu olan e-mail vasitəsilə qeydiyyatda isə, elektron poçt ünvanınızı daxil etməli, şifrə təyin etməli və hesabınızın valyutasını seçməyiniz lazımdır. Hər iki qeydiyyat üsulunda heç bir kart məlumatları tələb olunmur.
Qeydiyyatdan keçdikdən sonra isə elektron poçt ünvanınıza gələn təsdiq linkinə klikləyərək hesabınızı təsdiqləyə bilərsiniz. Pul çıxarışları zamanı sizdən hesabınızda tələb olunan digər məlumatları daxil etmək istənilə bilər. Bunun üçün şəxsi kabinetinizə daxil olaraq şəxsiyyət vəsiqənizin seriya nömrəsi, yaşadığınız ünvan kimi bölmələri doldura bilərsiniz.
Hesabınızı yaratdıqdan və giriş etdikdən dərhal sonra sizin üçün ilk depozitinizə 125% bonus təklif olunacaqdır. Bonusdan hesabınızı yaratdıqdan sonra yalnız bir saat ərzində istifadə etmək şansınız var. Belə ki, təklif olunan depozit üsullarından hər hansı birini seçərək ilk bir saat ərzində depozit etsəniz, 125% bonus əldə edəcəksiniz.
Pin-up-da qeydiyyatdan keçin#1Xüsusi promosyon
Pin-up tərəfindən təklif olunan bonuslar və promosiyalar
Pin up az həm kazino sahəsində, həm də idman mərclərinizdə istifadəçiləri üçün çox zəngin bonus seçiminə sahibdir. Təklif olunan bonuslardan bəzilərini aşağıdakı kimi sıralaya bilərik.
Xoş gəldin bonusu. Bu bonus saytda bəzən salamlama bonusu, başlanğıc bonusu adı altında təqdim edilir və yeni qeydiyyatdan keçən istifadəçilər üçün 125% bonus və fribet qazanmaq imkanı təqdim edir. Bonusdan yararlanmaq üçün qeydiyyatdan sonrakı ilk 1 saat ərzində hesabınızın məlumatlarını doldurmalı və depozit etməlisiniz.
Əldə edə biləcəyiniz maksimum pul məbləği 700 AZN təşkil edir. Bonusu real hesaba çəkmək üçün isə bonus məbləğinin x5 qatında mərc etməlisiniz. Kuponlar ekspress olmalıdır və hər biri 1.4 əmsalından yuxarı olan minimum 3 müsabiqə yer almalıdır.
Əgər siz ilk depozitinizdə hesabınıza 50 AZN-dən yuxarı məbləğ əlavə etsəniz, 125% bonusla yanaşı, 250 frispin də əldə edəcəksiniz.
Ad gününə hədiyyə. Pinup tərəfindən istifadəçilərin ad günlərinə özəl olaraq təqdim olunan bu bonusun məbləği 10 AZN təşkil edir. Bonusdan yararlanmaq üçün ad gününüzdən öncə şəxsiyyət vəsiqənizi əlavə edərək hesabınızı təsdiqləməyiniz lazımdır.
Həmçinin şirkət tərəfindən ekspresslərdə keşbek, kviz çərşənbə günün frispinləri, həftəlik keşbek və çox sayda eksklüziv promosiyalar da təklif olunur.
Pin-up bonusunu tələb edinPin-up-da depozit və pul çıxarmaq
Bukmeker şirkətinin digər bölmələrində olduğu kimi depozit və çıxarışlarda da müxtəlifliyə yol verilmişdir və burada çox sayda üsul yer alır. Pinup-da yer alan mövcu depozit üsulları aşağıdakılardır.
Bank kartları – Visa və Mastercard. Qeyd olunan hər üç qeydiyyat üsulunda minimum 9 AZN məbləğ tələb olunur. Ödəniş sürətli həyata keçirilir və depozit etdikdən bir neçə dəqiqə sonra məbləğ balansınızda əks olunacaqdır. Yerli bank kartları ilə pul köçürən zaman bəzi banklar tərəfindən sizdən 18% komissiya tutula bilər.
Elektron cüzdanlar – Piastrix, Perfect Money, m10, eManat. Elektron cüzdanlarla Pin up casino Azerbaijan-a depozitdə bank kartları kimi minimum 9-10 AZN tələb olunur. Bu üsulla depozitlərdə heç bir komissiya tutulmur və ödənişlər ani olaraq həyata keçirilir.
Kriptovalyutalar – Bitcoin, Ethereum, Litecoin, Dogecoin, Tether. Son dövlərdə məhşurluq qazanan kriptovalyutalarda ödənişlər çox əlverişli olsa da, bəzən yüksək komissiya haqları tutula bilir. Bazar riskləri olmadan və aşağı komissiya haqları istəyirsinizsə, Tether vasitəsilə depozitləri seçə bilərsiniz.
Çıxarışlar gəldikdə isə, bank kartları (Visa və Mastercard) və elektron cüzdanlar (WebMoney, Piastrix, Perfect Money, MuchBetter) dəstəklənir. Bu üsulların hər biri ilə çıxarış üçün minimum 3-dən 24-ə qədər AZN tələb olunur. Elektron cüzdan vasitəsilə çıxarışlar qısa zaman ərzində həyata keçirilsə də, bank kartları ilə çıxarışlar üçün bəzən 1 gün lazım ola bilər.
Pin-up hesabına depozit edinPin-up bukmeker və idman mərcləri
Qeyd etdiyimiz kimi Pinup çoxsaylı kazino seçimləri ilə yanaşı idman mərcləri üzrə də çox zəngindir. Yazımızın bu hissəsində idman mərcləri təkliflərini incələyərək, mərc marketləri və mərc yerləşdirmək, kupon növləri, məhşur mərclər, Azərbaycan bazarında olan ən məşhur mərclər, idman növləri, virtual idman, kiber idman, canlı mərc və canlı yayım kimi xüsusiyyətlərdən bəhs edəcəyik.
Pin up az-da təklif olunan mərc marketləri və mərc yerləşdirmək
Bukmeker şirkətində idman mərcləri üzrə geniş mərc marketləri yer alır. Hər hansı bir liqanı və ya çempionatı seçdikdən sonra mərc edəcəyiniz qarşılaşmanın üzərinə klikləyərək mərc marketləri ilə tanış ola bilərsiniz. Burada ənənəvi 1×2, alt/üst, dəqiq hesab mərc marketləri ilə yanaşı, yaxşı əmsallarla yarı/əsas vaxt, müəyyən sayda qolun hansı komandanın vuracağı, Avropa handikapı, Asiya handikapı, oyunun müəyyən dəqiqələri arasındakı qol, ən çox qol vurulmuş hissələr kimi fərqli mərc marketləri təklif olunur.
Pinup-da mərc yerləşdirmək çox sadə və yeni gələn istifadçilər üçün heç bir çətinlik yaratmayacaq şəkildə təşkil edilmişdir. İlk öncə qərar verdiyiniz müsabiqənin istədiyiniz marketinə klikləyirsiniz. Bu zaman ekranın sağ kənarında kuponunuz yaradılmağa başlayır. Əlavə etdiyiniz müsabiqə sayında asılı olaraq tək, multi və sistem mərcləri sizin üçün əlçatan olur. Kuponun aşağı hissəsində mövcud əmsalla tanış ola və mərc etmək istədiyiniz vəsaiti daxil edərək mərcinizi yerləşdirə bilərsiniz.
Kupon üzrə sizə bir sıra seçimlər təklif olunacaqdır. Multi mərclərdə ekranın aşağı hissəsində multi mərc bonusu, risksiz ekspress və multi keşbek seçimləri yer alır. Siz burada istədiyinizi seçərək ondan yararlana bilərsiniz. Həmçinin kuponunuzu yerləşdirərkən əmsal dəyişikliyinə və ya total/fora dəyişikliyinə razılıq verə bilərsiniz. Sistem kuponlarda isə aşağıda sistem nisbətini seçə biləcəyiniz əlavə bir bölmə sizin üçün əlçatan olacaqdır.
Pin up az-ın qeyd olunması gərəkən digər bir xüsusiyyəti isə ani mərclərin əlçatan olmasıdır. Ani mərcləri aktiv edərək hər hansı bir müsabiqədə sadəcə bir kliklə sürətli şəkildə mərclərinizi yerləşdirə bilərsiniz.
Azərbaycanlı mərcsevərlər arasında ən çox sevilən mərc növlərinə gəldikdə isə bunun tək və multi mərclər olduğunu söyləyə bilərik. İstifadəçilər sistem mərclərlə müqayisədə bu növ mərclərə daha çox üstünlük verirlər.
Pin-up-da elə indi mərc edinBukmeker şirkətindəki mövcud idman oyunları
Mərc şirkətinin saytında idman növlərinin geniş seçiminə rast gəlinir. Burada futbol, basketbol, voleybol, tennis, həndbol, badminton, beysbol və digər idman növlərində dünyanın həm aparıcı, həm də nisbətən az reputasiyaya sahib müsabiqələrinə mərc edə bilərsiniz.
İdman mərcləri dünyasında yenilikləri daim izləyən və onlara ayaq uyduran Pin up az istifadəçilərin artan marağını nəzərə alaraq onlar üçün kiber idman oyunlarını da əlçatan etmişdir. Kiber idmanda CS:GO, Dota 2, League of Legends, Rainbow 6, Valorant, StarCraft və digər müsabiqələrdə öz mərclərinizi yerləşdirə bilərsiniz.
Virtual idman mərcləri də bukmeker şirkətinin saytında əlçatandır. Yuxarı paneldə yer alan virtual idman bölməsinə daxil olmaqla NBA2K, Rocket League, Tennis, FIFA, eFighting, Instant football, Kriket və digər fərqli müsabiqələrdə mərclər yerləşdirmək mümkündür.
Azərbaycanlı mərcsevərlər arasında idman mərcləri üzrə ən məhşur pin-up oyunu olaraq futbol, basketbol və tennisin öndə gəldiyini söyləyə bilərik. Statistikaya əsasən ölkə ərazisində ən çox bu idman növlərinin izlənilməsi mərc sahəsində də onlara üstünlük verilməsində heç bir təəccüb yaratmır.
Pin up az-da canlı yayım və canlı mərc imkanları
Pinup bukmeker şirkəti təqdim etdiyi canlı mərclərlə də öz istifadəçilərini sevindirir. Burada üst paneldə yer alan canlı bölməsinə klikləsəniz sizi bir-birindən fərqli idman müsabiqələri qarşılayacaqdır. Ən çox canlı mərclər isə futbol, basketbol, tennis, voleybol, həmçinin kiberidman müsabiqələrində də təklif olunur. Təklif olunan canlı mərclər geniş market xəttinə sahibdir və burada siz fərqli marketlərdə öz mərclərinizi yerləşdirə bilərsiniz.
Bukmeker şirkətinin platformasında idman müsabiqələrini canlı izləmək də mümkündür. Bu xüsusiyyətdən yararlanaraq qarşılaşmaların gedişatını canlı olaraq izləyə və mərclərinizdə daha dəqiq ola bilərsiniz. Lakin onu da qeyd etmək lazımdır ki, canlı yayımlar məhdud sayda təqdim olunur. Yalnız Çempionlar Liqalası, Avropa Liqası və dünyanın aparıcı turnirlərində canlı yayımlar əlçatan olur. Lakin canlı yayımların olmadığı oyunlarda isə siz canlı statistikalardan istifadə edə bilərsiniz.
Pin-up-da canlı mərc etBukmeker şirkətinin xüsusi özəllikləri
Mərc şirkətində istifadəçilər tərəfindən rəğbətlə qarşılanan bir sıra xüsusiyyətlər yer alır. Bunlar arasında ilk olaraq mərc hazırlayandan (bet generator) bəhs edə bilərik. Mərc hazırlayıcı qısaca olaraq sizin üçün fərqli müsabiqələr seçərək kupon yaradır. Ondan istifadə etmək üçün ekranın sağında yer alan bet generator düyməsini klikləməlisiniz. Burada mərc edəcəyiniz məbləği və qazanmaq istədiyiniz uduşu daxil edirsiniz. Beləcə sistem sizin üçün kupon hazırlayır və mərc et düyməsinə klikləməklə mərcinizi yerləşdirə bilərsiniz.
Pinup bukmekerinin digər bir xoş xüsusiyyəti isə platformanın pinkoin adlı daxili valyutasının olmasıdır. Belə ki, siz saytda müxtəlif hərəkətlər edərək (profilin doldurulması, elektron poçt ünvanının dəyişdirilməsi və s.) pinkoinlər qazana bilərsiniz. Daha sonra bu pinkoinləri sərfəli məzənnə ilə bonuslara çevirmək mümkündür.
Pin-up-ın mövcud kazino imkanları
Canlı kazino
Kazino həvəskarlarının sevimlisinə çevrilmiş canlı kazino oyunlarını da Pin up az-da oynaya bilərsiniz. Bunun üçün üst paneldə yer alan canlı dilerlər bölməsinə keçid etməlisiniz. Oyunlar əsasən 3 başlıq, blekcek, poker və rulet oyunu altında verilir. Burada siz fərqli-fərqli provayderlər tərəfindən təklif olunan oyunların 10-larla fərqli versiyalarını tapa bilərsiniz. Məsələn, Rulet oyunları bölməsinə daxil olduğunuz zaman 40-dan çox fərqli rulet oyunu sizi qarşılayacaqdır.
Proqram təminatçılarına gəldikdə isə, oyunlar dünyanın ən məhşur dilerləri tərəfindən təklif olunur. Bunlara misal olaraq, Evolution, Pragmatic Live, Authentic Live, Lucky Streak, Absolute Live Gaming və digərlərini göstərə bilərik.
Canlı oyunların vurğulanması gərəkən xüsusiyyəti türk dilində oyunların mövcudluğudur. Oyun dili çox sadə olsa da, ingilis və rus dillərində ruletlər azərbaycanlı oyunçular ilk başlarda bir qədər çətinlik yarada bilər. Türkcə ruletin mövcud olması isə bu kimi problemləri aradan qaldıracaqdır.
Pin-up mobil versiyası və tətbiqi
Pin up az-ın vebsaytı mobil cihazlar üçün yaxşı şəkildə optimizasiya edilmişdir. Yaxşı şəkildə edilmiş optimizasiya sayəsində mobil versiya çox sürətli şəkildə işləyir və heç bir gecikmə hallarına rast gəlinmir. Mobil versiyaya daxil olmaq üçün əməliyyat sistemindən asılı olmayaraq mobil cihazınızda Pinup-ın saytına daxil olmasınız və beləcə öz mərclərini mobil versiyada edə və kazinodan zövq ala bilərsiniz.
Şirkətin həmçinin Android cihazlar üçün pin-up casino indir əlçatandır. Tətbiqi apk şəklində mərc şirkətinin saytından yükləyə bilərsiniz. Daha sonra yüklənmiş apk faylın üzərinə klikləyərək sizdən tələb olunan icazələrə razılıq verməklə tətbiqi quraşdıra bilərsiniz. Təəssüf ki, iOS cihazlar üçün pin-up casino indir dəstəyi əlçatan deyildir. iPhone və iPad-lərinizdə tətbiqdən istifadə edə bilməsəniz də, mobil versiyadan yararlana bilərsiniz.
Mobil versiyada və Android tətbiqində demək olar ki, vebsayt üzərində yer alan bütün idman müsabiqələrinə və kazino oyunlarına rast gələcəksiniz. Mobil versiyasının dizayn və quruluşu vebsayt kimidir və eynən vebsaytda etdiyiniz kimi burada da mərclərinizi edə bilərsiniz.
Pin-up tətbiqini buradan yükləDizayn və funksionallıq
İstifadəçilərin və öz təcrübəmizə dayanaraq deyə bilər ki, dizayn və funksionallıq baxımından bukmeker platforması yaxşı şəkildə tərtib edilmişdir. Sadə dizayn və asan idarəetmə sayəsində hər hansı bir çətinlik yaşamadan istədiyiniz bölməyə asanlıqla keçid edə biləcəkdir. İdman oyunları, müsabiqələr, kazino oyunları müvafiq başlıqlı bölmələr altında toplandığına görə istifadəçilər üçün əlavə çətinlik yaratmır.
Həmçinin bukmekerdə bir sıra hərəkətləri də etmək çox asandır. Məsələn, qeydiyyatdan keçən zaman üst küncdəki qeydiyyat düyməsini sıxmalı və çox az məlumatın tələb olduğunu qeydiyyat formunu doldurmağınız lazımdır. Marketlərə nəzər yetirmək və mərclərinizi etmək də asandır. Bunun üçün müsabiqənin üzərinə klikləyərək alt-alta və qarışıqlıq yaratmaq siyahılanmış marketlərdən istədiyinizin üzərinə klikləyərək kuponunuza əlavə edə bilərsiniz. Daha sonra isə məbləği daxil edib, mərc et düyməsini sıxmağınız mərcinizi yerləşdirmək üçün kifayət olacaqdır.
Pin-up-ın mobil versiyasına keçid etGüvənlilik və təhlükəsizlik
Pinup hər zaman istifadəçilərinin təhlükəsizliyinə çox önəm verən və bu kimi məsələlərə ciddi şəkildə yaxınlaşan bukmeker şirkətidir. Bukmeker, Kürasao dövlətinin mərc oyunları lisenziyasına sahibdir və bu lisenziya ilə onun fəaliyyətinə nəzarət edilir. Həmçinin vebsayt B.W.I tərəfindən idarə olunur. Ödəniş agenti kimi fəaliyyət göstərən BLACK-WOOD LIMITED, Kipr-də qeydiyyatdan keçmiş və Kipr qanunlarına əsasən yaradılmış şirkətdir.
Məlumatlarınızın heç birinin onlayn saxtakarlıq üçün əlçatan olmamasını təmin edən sondan sona məlumat şifrələməsi var. Şirkət istifadəçilərinin əlavə edilmiş məlumatlarının qorunub saxlanılması və məxfiliyi üçün SSL texnologiyasından istifadə edir. Həmçinin vebsaytda əlavə olunmuş istifadəçi məlumatlarının heç bir üçüncü şəxslə paylaşılmayacağını da öz öhdəliyinə götürür.
Pin-up-də indi mərc etMüştəri dəstəyi
İstifadəçilərinin qayğısına qalan və yaşanan hər hansı problemin və ya sualların mümkün ən qısa zamanda cavab tapmasına önəm verən bukmeker şirkəti bir neçə əlaqə vasitəsini təklif edir. Bunlar, elektron poçt vasitəsilə, telefon vasitəsilə və ya birbaşa olaraq çat vasitəsilə olan əlaqə üsullarıdır.
Pin up az çat vasitəsilə dəstək 24/7 şəklində aktivdir və komanda sizin suallarınızı cəmi bir neçə dəqiqə ərzində cavablıyır. Təcrübəmizə əsasən deyə bilərik ki, şirkətlə hər hansı bir əlaqə üsulunda heç bir problem yaşamamışıq. Xüsusilə çat vasitəsilə əlaqə zamanı şirkətin işçilərinin mehriban və köməkcil olduğunun fərqinə varmışıq.
Azərbaycanlı istifadəçilər üçün azərbaycan dilində xidmət göstərən canlı dəstək xidmətinin də olması xoş haldır. Beləliklə, yerli istifadəçilər heç bir ünsiyyət problem yaşamır. Həmçinin rus və türk dilləri də burada dəstəklənir.
Pin-up az haqqında yekun fikirlər
İdman mərcləri və kazino həvəskarlar üçün platforma, sadə dizaynı, funksionallığı, asan qeydiyyat formu, çox sayda bonusun təklif olunması, yüksək səviyyəli dəstək xidmətinin olması baxımından ən çox üz tutulan bukmekerlərdən biridir. Həmçinin şirkətin Android əməliyyat sisteminə sahib cihazlar üçün Pin up yukle dəstəyi də vardır. Digər bukmeker şirkətlərindən fərqli olaraq depozit və çıxarışlar üçün çox aşağı limitə sahibdir.
iOS əməliyyat sisteminə malik cihazlar üçün olmamasını şirkətin mənfi və inkişaf etdirilməsi gərəkən tərəfi kimi görürük. Digər bir inkişaf etdirilməsi tərəfi isə ödənişlərin daha sürətli həyata keçirilməsidir. Bəzən ödəmələr 1 günə qədər zaman ala bilir.
Lakin Pinup-ın azərbaycanlı istifadəçilər üçün yaratdığı imkanları, mərc və kazino bazarına asan şəkildə çıxışını və gözəl fürsətlər təklif etməsi baxımından burada mərc etməyi məsləhət görürük.
Mərc kontorları haqqında daha çox icmal
- 22bet22bet Tinjauan
- bet365Bet365 Tinjauan