Marathonbet bukmeker şirkəti haqqında icmal

Marathonbet beynəlxalq miqyasda tanınmış və istifadəçilərinin etibarını qazanmış mərc operatorudur. Şirkət fəaliyyətinə 1997-ci ildən etibarən başlamışdır və son illər ərzində azərbaycanlı mərc həvəskarlarını öz platformasına dəvət edir.

Ən yaxşı – 1xBet

Bu məqaləmizdə bukmeker şirkətinin güclü və zəif nöqtələrinə toxunaraq, Marathonbet giriş, qeydiyyat, depozit və çıxarışlar, bonuslar, idman növləri, mərc marketləri və müştəri xidməti kimi mövzuları ələ alacağıq.

Marathonbet mərc şirkətində qeydiyyatdan keçməyin üsulları

Bukmeker şirkətində qeydiyyat üçün yalnız bir üsul təqdim olunur. Marathonbet qeydiyyat üçün mərc şirkətinin platformasına giriş edərək, yuxarı hissədəki qeydiyyat düyməsini seçməyiniz lazımdır. Bir sıra məlumatlarınızı daxil etməli olduğunuz qeydiyyat pəncərəsi açılacaqdır. İlk olaraq ölkənizi və yaşadığınız şəhəri seçməlisiniz, daha sonra isə cinsiyyətinizi, ad və soyadınızı və doğum tarixinizi daxil etməyiniz lazımdır.

Daha sonrakı mərhələdə elektron poçt ünvanınızı daxil edib, şifrənizi təyin etməyiniz tələb olunur. Həmçinin telefon nömrənizi daxil edib, özünüzə unikal istifadəçi adı seçməlisiniz. Ən sonda isə hesab valyutanızı da təyin edərək qeydiyyat prosesini tamamlaya və Marathonbet giriş edə bilərsiniz. Əlavə məlumat kimi onu da qeyd edək ki, qeydiyyat zamanı heç bir xoş gəldin bonusu seçmək tələb olunmur.

#1Xüsusi promosyon

  • Marathonbet
    4.9
    • Bonus üçün asan şərtlər
    • Yüksək əmsallar
    • Pul vəsaitlərinin sürətli çıxarışı

Marathonbet Azerbaycan-da mövcud bonuslar

Marathonbet Azerbaycan öz istifadəçiləri üçün çox geniş çeşiddə bonus kompaniyaları, aksiyalar və prizlər təklif edir. Mövcud Marathonbet bonus kompaniyalarından önə çıxanlar aşağıdakılardır.

Xoş gəldin bonusu. Bukmeker şirkəti yeni gələn istifadəçilər üçün xoş gəldin bonusu təqdim edir. Bu bonus kompaniyasından yararlanmaq üçün qeydiyyatdan keçdikdən sonra promokod istifadə edərək minimum 5 avro və ya ekvivalenti valyutada depozit etməyiniz lazımdır. Etdiyiniz depozit məbləği ilə Marathonbet idman mərcləri bölməsində mərc yerləşdirməlisiniz.

Bu mərc 3 müsabiqədən ibarət ekspress tipli mərc olmalıdır və hər bir müsabiqənin əmsalı minimum 1.50 olmalıdır. Bonus kompaniyasına uyğun olaraq hər həftə kvalifikasiya edilmiş mərcinizin 10% dəyərində hesabınıza fribet köçürüləcəkdir. 6 həftə davam edən bu müddətdə hər həftə maksimum 20 avro əldə edə bilərsiniz. Aksiya çərçivəsində maksimum bonus məbləği isə 120 avro təşkil edir.

Marathonbet bonus

Avanslı mərc (Advancedbet). Marathonbet-in təşkil etdiyi xoş kompaniyalardan biri olan avanslı mərc yalnız canlı və 48 saat ərzində başlamalı olan tədbirlərdə tətbiq olunur. Bu kompaniya çərçivəsində balansınızda yetərli qədər pul olmasa belə mərc etmək imkanınız olur. Belə ki, bukmeker şirkəti sizin həmin an üçün aktiv olan və hesablanmayan kuponlarınız əsasında sizə müəyyən məbləğdə mərc etmək şansı verir.

Onu da qeyd edək ki, avanslı mərc kredit deyil. Əgər hesablanmayan mərcləriniz məğlub olarsa və hesabınızda avanslı mərc məbləğinizdən az pul qalarsa, bu zaman sizin üçün borc yazılmır. Bütün məbləğ Marathonbet Azerbaycan mərc şirkəti tərəfindən ödənilir. Əgər siz balansınıza vəsait əlavə etmək istəsəniz, həmin vəsaitlər sizin avanslı mərc məbləğinizi ödəmək üçün istifadə olunmayacaqdır və birbaşa olaraq əsas hesabınıza köçürüləcəkdir.

Qolsuz (0:0). Marathonbet futbol müsabiqələri üçün təklif olunan bu kampaniyadan yararlanmaq üçün kuponunuzu yaradan zaman qolsuz (0:0) kompaniyasını seçməlisiniz. Bonusdan yararlanmaq üçün canlı və ya oyunöncəsi mərclər yerləşdirilməlidir və dəqiq mərc marketindən 0:0 istisna olmaqla digər bir dəqiq hesabı seçməlisiniz. Əgər mərciniz məğlub olarsa və oyunun nəticəsi 0:0 hesabı ilə bitərsə, bu zaman balansınıza mərc etdiyiniz məbləğə uyğun olaraq bonuslar köçürüləcəkdir. Bonusun maksimum məbləği 30 avroyada qədər təşkil edir və balansınıza köçürüldükdən sonra 7 gün ərzində istifadə olunmalıdır.

Marathonbet bukmeker şirkətinin yaxşı tərəflərindən biri loyallıq proqramının mövcud olmasıdır. Loyallıq proqramına qoşulmaq üçün Marathonbet Club-da qeydiyyatdan keçməlisiniz və qeydiyyat anından etibarən mərcləriniz üçün xallar əldə etməyə başlayacaqsınız. Bu xalları qazanmaq üçün minimum 1.30 əmsalında mərclər etməlisiniz və minimum mərc məbləği 0,10 avro olmalıdır. Əldə etdiyiniz loyallıq xalları ilə kataloqda yer alan bir sıra üstünlüklərdən yararlanmaq fürsətiniz olacaqdır.

Bukmeker şirkətində fərqli fribet, keşbek və kazino bonusları da vardır. Bütün təklif olunan bonuslarla kompaniyalar bölməsinə daxil olaraq tanış olmaq imkanınız vardır.

Marathonbet Azerbaycanda depozit və çıxarış üsulları

Marathonbet depozit və çıxarış üsulları

Marathonbet bukmeker şirkətində hesab valyutanızdan asılı olaraq fərqli depozit və çıxarış üsulları təqdim olunacaqdır. Əgər siz AZN valyutası ilə qeydiyyat keçmisinizsə, bu zaman yalnız Master və Visa kartları ilə ödənişlər etmək mümkün olacaqdır. Həmçinin burada önəmli bir faktor odur ki, depozit etdiyiniz bank kartı sizin öz adınıza olmalıdır və mərc şirkətindəki hesabınızla uyğunlaşmalıdır.

Bukmeker şirkətində həmçinin yerli ödəmə vasitəsiləri də dəstəklənmir. AZN hesab valyutanızı USD valyutasına dəyişdirdikdən sonra isə geniş çeşiddə ödəmə üsullarından istifadə haqqı əldə etmiş olursunuz. Bunlara bank kartları, elektron pulqabılar, kriptovalyutalar vasitəsilə ödənişlər daxildir. Ödəniş üsulunuzdan asılı olaraq sizdən tələb olunan minimum depozit məbləği fərqli ola bilər. Marathonbet Azerbaycan bütün depozit üsulları və minimum depozit məbləğləri aşağıdakı şəkildədir.

Visa, Mastercard, Maestro bank kartları (minimum depozit məbləği 2 USD təşkil edir)

WebMoney, Advcash, Perfect Money, Piastrix, AstroPay (minimum depozit məbləği 2 USD təşkil edir)

Skrill, MuchBetter, NETELLER, ecoPayz (minimum depozit məbləği 6 USD təşkil edir)

Maracoin (minimum depozit məbləği 12 USD təşkil edir)

Ethereum (minimum depozit məbləği 6 USD təşkil edir)

Bu depozit üsullarında heç birində limit yoxdur, gün ərzində istədiyiniz qədər depozit edə bilərsiniz. Həmçinin bütün depozit üsullarında köçürmələr ani olaraq hesabınızda əks olunur. Gecikmə halları yaşanarsa, maksimum 24 saat ərzində vəsaitlər balansınıza köçürüləcəkdir. Marathonbet mərc şirkəti tərəfindən edilən depozit və çıxarışlarda heç bir komissiya tətbiq edilmir və uduşlarınızı heç bir əlavə tutulma olmadan əldə edə bilərsiniz.

Mərc şirkətinə depozit etmək üçün ilk öncə hesabınıza Marathonbet giriş etməlisiniz. Daha sonra yuxarı paneldə yer alan depozit düyməsini seçməyiniz lazımdır. Qarşınızda fərqli depozit üsulları arasında sizə uyğun olanını seçməklə, məlumatlarınızı daxil edərək depozit edə bilərsiniz.

Çıxarış etmək üçün isə üst paneldən çıxarış bölməsini seçməyiniz lazımdır. Əgər siz hesab valyutanız AZN-dirsə, bu zaman yalnız bank kartları ilə çıxarış üsulları təklif olunacaqdır. Hesab valyutanızı dəyişdirdikdən sonra fərqli depozit üsulları sizi qarşılayacaqdır. Bunlar arasında istədiyiniz seçərək məbləği daxil edib, məlumatlarınızı daxil etdikdən sonra çıxarış edə bilərsiniz. Həmçinin onu da qeyd etmək lazımdır ki, hesabınızdan çıxarış etmək üçün ilk öncə Marathonbet Azerbaycan hesabınızın təsdiq olunması lazımdır. Təsdiqləmə prosesini şəxsiyyət vəsiqənizin və ya xarici pasportunuzun elektron nüsxəsini təqdim etməklə tamamlaya bilərsiniz.

Marathonbet Azerbaycan bukmeker şirkətinə giriş bir neçə fərqli platformalarda dəstəklənir. Belə ki, istifadəçilər kompüterləri vasitəsilə mərc şirkətinin vebsaytına, həmçinin mobil cihazlar üzərindən mobil versiya və tətbiqlər vasitəsilə giriş əldə edə bilərlər. Hazırda bukmeker şirkətinin rəsmi domeni üzərindən Azərbaycandan girişdə heç bir bloklanma hadisələrinə rast gəlinmir.

Əgər Marathonbet giriş problemləri yaşanarsa, o zaman siz alternativ linklərdən və güzgü saytlardan rahatlıqla istifadə edə bilərsiniz. Həmçinin onu da qeyd edək ki, alternativ linklərdən və mərc şirkətinin güzgü saytlarından istifadə etmək tam olaraq təhlükəsizdir. Bu kimi vasitələrin iş fəaliyyəti mərc şirkətinin rəsmi saytı əsasında təmin edilir.

Yaşanan bloklamaları aradan qaldırmağın digər bir üsulu isə VPN xidmətlərindən istifadədir. Asanlıqla əldə edə biləcəyiniz VPN tətbiqləri sizin giriş məkanınızı dəyişir və sizin bloklamaları atlamaqla Marathonbet mərc şirkətinin platformasına qoşulmağınıza kömək edir.

Marketlər və mərc etmək

Mərc şirkəti təklif olunan marketlər baxımından çox zəngindir və burada bir-birindən fərqli nəticələrlə rast gələ bilərsiniz. Top müsabiqələr üçün 500-dən çox market seçimi təklif olunur. Bütün marketlərlə tanış olmaq üçün ilk öncə idman müsabiqəsini, daha sonra isə statistikanın altında yer alan “+” düyməsini seçməlisiniz. Burada dəqiq hesab, matçın nəticəsi, qol vuran komanda, tam vaxtın nəticəsi, alt/üst nəticələr kimi marketlər yer alır.

Həmçinin Marathonbet-də marketlər əsas marketlər, handikap marketləri, toplam marketlər, qol marketləri, hissə marketləri, künc zərbəsi marketləri, interval marketləri və başqa marketlər kimi bölmələr altında toplanmıştır. Bu da istifadaçilərin mərc marketlərini asan şəkildə tapmasına kömək edir.

Mərclərinizi yerləşdirmək üçün ilk öncə təklif olunan marketlər arasında seçim etməlisiniz. Seçdiyiniz Marathonbet idman mərcləri nəticələri avtomatik olaraq sizin kuponunuza əlavə ediləcəkdir və ekranın sağ hissəsində kuponunuz yaradılmağa başlayacaqdır. Müsabiqələri əlavə etdiyiniz zaman yekun əmsallar kuponuzun aşağı hissəsində əks olunacaqdır. Seçdiyiniz müsabiqə sayından fərqli olaraq kuponlar üçün fərqli mərc növləri təklif oluna bilər.

Məsələn, siz 4 müsabiqə seçdiniz və bunların hər biri üçün ayrı-ayrılıqda mərc etmək istəyirsinizsə, o zaman təkli bölməsinə gələrək hər bir müsabiqə üçün mərc etmək istədiyiniz məbləği daxil edirsiniz. Həmçinin burada sizin üçün ekspress, sistem, çoxsaylı kimi mərc növləri də aktiv olacaqdır. Ekspress mərc etmək istəsəniz, ekspress bölməsinə gələrək mərc etmək istədiyiniz məbləği daxil edib, mərc yerləşdir düyməsini seçməlisiniz.

Marathonbet istifadəçiləri üçün fərqli əmsal növləri təklif edir. Bunlar, onluq, fraksiya, amerikan, Honn Konq, Malay və İndoneziya əmsal növləridir. Əsas səhifədə yer alan parametrlər bölməsinə daxil olaraq istədiyiniz əmsal növünü seçə bilərsiniz.

Əgər müsabiqənin gedişinə uyğun olaraq mərcinizi ləğv etmək istəsəniz və ya həmin an üçün əldə etdiyiniz gəlir sizi qane edirsə, bu zaman keşaut funksiyasından istifadə edə bilərsiniz. Keşaut seçimi bir çox müsabiqədə dəstəklənir və təklif edilən məbləğlə mərcinizi geri çəkə bilərsiniz.

Marathonbet Azerbaycan-da təklif olunan idman növləri

İdman növlərinin bol çeşidə sahib olması bukmeker şirkətlərində nəzərə alınması gərəkən əsas cəhətlərdən biridir. Marahton bukmeker şirkətinin bu cəhətdən istifadəçilərinin istəklərini qarşıladığını və çox sayda idman müsabiqəsi təklif etdiyini xüsusilə qeyd etmək lazımdır. Bütün idman növlərinə ekranın sol küncündə yer alan panel vasitəsilə giriş edə bilərsiniz. Marathonbet futbol, tennis, basketbol, buz hokkeyi, voleybol, biatlon, boks, kriket, körlinq, qolf, həndbol, stolüstü tennis, su polosu və digər idman növlərində mərclər təşkil edir. Burada fərqli ölkələrin liqalarına, eləcə də beynəlxalq turnirlərə rast gəlmək mümkündür.

İstifadəçilər arasında getdikcə artan marağı nəzərə alan bukmeker şirkəti virtual idman bölməsini də platformaya daxil etmişdir. Müsabiqələrin sürətli olaraq tamamlanması və eyni anda bir neçə idman müsabiqəsinin əlçatan olmasına görə virtual idman mərcləri hazırda aktualdır. Virtual idman üzrə Marathonbet idman mərcləri futbol, tennis, spidvey, basketbol, beysbol kimi idman növlərində təklif olunur.

Həmçinin bukmeker şirkəti tərəfindən e-idman mərcləri də dəstəklənməkdədir. Burada Counter-Strike, Dota 2, League of Legends, Call of Duty, FIFA, Rainbow Six Siege və digər oyunlarda mərc imkanları təklif olunur.

Təklif olunan idman mərclərindən hər zamankı kimi futbol mərcləri azərbaycanlı mərcsevərlər arasında aktualdır və mərclərin böyük bir hissəsi bu idman növündə edilir.

Canlı mərc və birbaşa yayım özəlliyi

Marathonbet canlı yayımı

Mərcsevərlər arasında ən məşhur mərc növlərindən biri canlı mərclərdir. Marathonbet Azerbaycan bukmeker şirkətində istifadəçilər üçün bir sıra fərqli idman növlərində mərc imkanları əlçatandır. Mərc sahəsinə keçid etmək üçün platformaya giriş etdikdən sonra canlı bölməsini seçməlisiniz. Sol hissədə yer alan paneldə həmin an üçün mövcud olan canlı idman müsabiqələri əks olunacaqdır. Həmin müsabiqələrin üzərinə klikləməklə mövcud bütün canlı idman növləri ilə tanış ola bilərsiniz. İdman müsabiqələrindən hər hansı birini seçərək kuponunuza əlavə edə və sürətli şəkildə mərcinizi yerləşdirə bilərsiniz.

Bukmeker şirkətinin vurğulanması gərəkən cəhətlərindən biri onun canlı yayım dəstəyinin olmasıdır. Canlı yayımlar canlı mərclər bölməsində xüsusi bir bölmə halında təklif olunur və ya hər hansı müsabiqənin qarşısındakı ekran ikonunu klikləməklə həmin müsabiqəni canlı olaraq izləməyə başlaya bilərsiniz. Marathonbet canlı yayım özəlliyindən yararlanmaq üçün sadəcə bukmeker şirkətində qeydiyyatdan keçməyiniz və hesabınıza giriş etməyiniz kifayətdir. Canlı yayım dəstəyi olmayan müsabiqələrdə isə animasiyalar şəkildə hadisə görünüşü əlçatandır. Bu xüsusiyyətlərdən istifadə edərək mərclərinizdəki qazanma ehtimalını daha da artıra bilərsiniz.

Mərc şirkətinin mobil tətbiqləri

Marathonbet bukmeker şirkətinin vebsaytı əsasında fəaliyyət göstərən mobil versiyası cihazlar üçün yaxşı şəkildə optimizasiya edilmişdir. Bunun sayəsində mobil cihazlarınız üzərindən asanlıq mərc şirkətinin mobil versiyasına daxil ola və sürətli, funksional bir şəkildə mərc təcrübəsi yaşaya bilərsiniz.

Mərc şirkətinin həmçinin Android və IOS cihazları üçün Marathonbet mobile app dəstəyi vardır. Android cihazlarınızda bukmeker şirkətinin mobil tətbiqini birbaşa olaraq sayt üzərindən əldə edə bilərsiniz. Marathonbet apk faylını yüklədikdən sonra bir sıra icazələrə razılıq verərək tətbiqi mobil telefonunuzda quraşdıra bilərsiniz. IOS əməliyyat sisteminə sahib cihazlarda tətbiqi Azərbaycan qeydiyyatlı App Store mağazasından yükləmək mümkün deyil. Hesabınızda ölkəni dəyişdirdikdən sonra tətbiqi əldə edə bilərsiniz.

Marathonbet saytının dizayn və funksionallığı

Dizayn və funksionallıq baxımından bukmeker şirkəti xoş təəsürat bağışlayır. Dizayn sadə şəkildə tərtib olunmuşdur, bunun sayəsində istədiyiniz məlumatı tapmaq, mərc növlərinə keçid etmək, mövcud marketlərlə tanış olmaq və mərc etmək yeni gələn istifadəçilər üçün çox asan olacaqdır. Həmçinin əsas ekranda parametrlər bölməsinə gələrək bir sıra dəyişikliklər də etmək mümkündür. Burada sizə vebsaytına növünü, qiymət dəyişikliyi barədə bildirişləri, marketlərin açılma səhifəsini dəyişdirə bilərsiniz.

Bukmeker şirkətinin saytı mobil cihazlar üçün yaxşı şəkildə optimizasiya edilmişdir və sürətliliyi, bölmələr arasında keçidləri, funksionallığı ilə bu aydın bir şəkildə hiss olunur. Həmçinin Android və iOS cihazları üçün Marathonbet indir funksiyası əlçatandır və iki əməliyyat sistemi üçün tətbiqləri yükləyərək istifadə edə bilərsiniz.

Marathonbet-in güvənliyi və təhlükəsizliyi

Güvənlik və təhlükəsizlik məsələlərin xüsusi diqqət yetirən Marathonbet Azerbaycan bukmeker şirkəti öz istifadəçilərinin təhlükəsizliyini əldə etdiyi lisenziyalar və sahib olduğu yüksək texnologiyalar sayəsində qoruyur. Şirkət mərc fəaliyyəti göstərmək üçün Curaçao hökumətinin mərc oyunları lisenziyasına, İtaliyada fəaliyyət göstərmək üçün Gömrük və Monopoliya Agentliyi (ADM) tərəfindən edilən güzəşt, Mərc Oyunlarının Tənzimlənməsi üzrə Baş İdarə (İspaniya) tərəfindən verilən lisenziyaya və Belarus Respublikasının İdman və Turizm Nazirliyi tərəfindən verilən lisenziyalara sahibdir.

Marathonbet həmçinin məlumatların güvənli şəkildə saxlanılması və heç bir üçüncü tərəfdən müdaxilələr edilməməsi üçün 256 bitlik SSL texnologiyasından istifadə edir. Bu texnologiya sayəsində sizin məlumatlarınızın ötürülməsi şirkət tərəfindən qorunur. Həmçinin son giriş etdiyiniz IP ünvanı şirkət tərəfindən saxlanılır və daha sonra başqa bir IP ünvanından giriş edilərsə, şirkət bu girişin sizin edib-etmədiyinizi təyin etmək üçün təsdiqləmə mesajı göndərir. Bununla da hesabınıza edilən icazəsiz girişlərin qarşısı mümkün qədər alınmağa çalışılır.

Həmçinin bukmeker şirkəti öz saytında qeyd edir ki, istifadəçilərin təhlükəsizliyini qorumaq üçün mühüm tədbirlər görülmüşdür və bu sahədə ən son texnologiyalardan istifadə olunur.

Marathonbet müştəri xidməti

Bukmeker şirkəti istifadəçilərin yaranmış problemlərinin həll edilməsi və onların suallarının cavablandırılması üçün fərqli üsullarla dəstək xidməti göstərməkdədir. Buna elektron poçt vasitəsilə müraciətlər, mobil nömrə və çat vasitəsilə müraciətlər daxildir. Bu üsullar arasında isə ən sürətlisi çat vasitəsilə birbaşa vebsayt üzərindən edilən müraciətlərdir. Qeyd edək ki, Marathonbet Azerbaycan bukmeker şirkətinin canlı dəstək xidməti 7/24 şəkildə işləyir və istifadəçilərinin suallarına tez bir zamanda cavab verilir.

Təcrübəmizə əsasən söyləyə bilərik ki, şirkətin dəstək xidməti çox peşəkardır və hər bir məsələyə professional şəkildə yanaşılır. Həmçinin yerli istifadəçilər üçün türk və rus dilləri ilə yanaşı, Azərbaycan dil dəstəyi də vardır.

Yekun

Marathonbet bukmeker şirkəti haqqında yekun fikirlərimizə gəldikdə, mərc şirkətinin fəaliyyətini yüksək olaraq qiymətləndirdiyimizi söyləyə bilərik. Şirkət öz platformasında istifadəçilər üçün bir çox imkanlar yaratmışdır. Çox sayda marketin əlçatan olması, fərqli idman müsabiqələri, yüksək əmsallar, Marathonbet mobile app dəstəyinin olması, fərqli mərc növləri və yüksək təhlükəsizlik standartlarına sahib olması şirkətin güclü tərəfləri arasındadır.

Zəif tərəflərinə gəldikdə isə, ən başlıca olaraq AZN valyutasında yalnız bank kartları vasitəsilə depozitin əlçatan olmasını qeyd edə bilərik. Bukmekerin təkmilləşdirməsi gərəkən əsas tərəfi yerli ödəniş növlərinin dəstəklənməsi və AZN valyutası üçün daha çox ödəmə üsulunun əlçatan olunmasıdır.

Bukmeker şirkətinin güclü tərəflərini və istifadəçilərdən gələn rəyləri nəzərdə aldıqda şirkətin mərcləriniz üçün ən yaxşı platformalar arasında yer tutduğunu asanlıqla qeyd edə bilərik.

Ən yaxşı mərc saytları haqqında icmallarımız

May 13th, 2022 | Roman Mahmudov
Jump to the top